AZAL-dan səyahət planlaşdıranlara ŞAD XƏBƏR 

AZAL-dan səyahət planlaşdıranlara ŞAD XƏBƏR 

Hazırda oxunan: AZAL-dan səyahət planlaşdıranlara ŞAD XƏBƏR 

131957

“Azərbaycan Hava Yolları” Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə olan aviabiletlərə 25% güzəşt təqdim edir. 

Bizim.Media xəbər verir ki, endirimli aviabiletləri 21-24 aprel tarixləri aralığında əldə etmək mümkündür. 

Təklif aviaşirkətin bir sıra marşrutu üzrə 2023-cü il 3-31 may daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur. 

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər. 

Belə ki, AZAL-ın Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlarına 25% güzəşt tətbiq edilir: London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər). 

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür. 
AZAL dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və ruzi-bərəkət, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini diləyir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO