Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Hazırda oxunan: Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

628392

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti fonunda Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara bir daha təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, nazirliyin rəsmisi, kapitan Fərd İlhamoğlu modern.az-a bildirib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə uşaqlar və yeniyetmələr arasında qeyri-çimərlik ərazilərində və təhlükəli su hövzələrində çimmə halları hələ də müşahidə olunur.

Onun sözlərinə görə, bu cür davranışlar əksər hallarda faciə ilə nəticələnir.

FHN rəsmisi qeyd edib ki, vətəndaşlar çimərlik kimi fəaliyyət göstərməyən ərazilərdən istifadə etməməli, küləkli hava şəraitində dalğalı dənizə daxil olmamalı, valideynlər isə uşaqları nəzarətsiz buraxmamalıdırlar.

Kapitan vurğulayıb ki, dənizdə yalnız xilasedicilərin növbə çəkdiyi qanuni çimərliklərdən istifadə olunmalıdır.

Fərd İlhamoğlu bildirib ki, FHN-in apardığı monitorinqlər nəticəsində Xəzər dənizi sahilində ən təhlükəli ərazilər müəyyən edilib.

Bunlar aşağıdakılardır:

Mərdəkan və Şüvəlan qəsəbələrində yerləşən "Şimal Qres" və "Mil Qaya" əraziləri;

Bilgəh və Nardaran qəsəbələrində yerləşən "12-ci Dalan" və "Daçnik" kimi tanınan sahələr;

Novxanı qəsəbəsində yerləşən "Sarı Qaya";

Sahil qəsəbəsində "Mayak" adı ilə tanınan ərazi.

FHN rəsmisinin sözlərinə görə, həmin ərazilər sualtı axınların güclü olması, mürəkkəb sualtı relyef, dərin çuxurlar və yarğanların mövcudluğu səbəbindən insan həyatı üçün ciddi təhlükə yaradır.

"Bu kimi ərazilər sualtı axınlarla, mürəkkəb sualtı relyeflə, yarğan və çuxurlarla zəngin olduğu üçün insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlarımız bu ərazilərə daxil olaraq həyatlarını riskə atmamalı, yalnız xilasedicilərin fəaliyyət göstərdiyi qanuni çimərliklərdən istifadə etməlidirlər", – deyə Fərd İlhamoğlu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO