Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

Hazırda oxunan: Zelenski: Rusiya ötən gecə Ukraynanın 10 vilayətinə hücum edib – FOTO-VİDEO

628345

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində ölkə üzrə azı səkkiz nəfərin öldüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, Dnepropetrovsk vilayətinin Raduşnoye yaşayış məntəqəsində ballistik raketin yaşayış evinə düşməsi nəticəsində valideynlər və üç uşaq həlak olub.

Daha iki uşaq isə dağıntılar altından sağ çıxarılıb.

Prezident bildirib ki, Lvov şəhərində də yaşayış binasına raket zərbəsindən sonra dağıntılar altında axtarış-xilasetmə işləri davam edir.

Zelenskinin sözlərinə görə, hücumlar Kiyev və ətrafı, həmçinin Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkası və İvano-Frankovsk vilayətlərini əhatə edib.

Nəticədə onlarla yaşayış evi, mülki müəssisə və infrastruktur obyekti dağılıb və ya zədələnib.

Ukrayna lideri qeyd edib ki, gecə hücumu zamanı 70-dən çox raket, onların böyük hissəsi ballistik raketlər, eləcə də 280-dən artıq zərbə tipli pilotsuz uçuş aparatı istifadə olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO