Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Hazırda oxunan: Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto
628411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərindən daha biri satılıb.
 
Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, söhbət “BMW 740İ” markalı avtomobildən gedir.
 
İlk dəfə 23 min manata təklif olunan “BMW 740I” son olaraq yarı qiymətinə - 11 500 manata satılıb.
 
Bu isə demək olar ki, avtomobil bazarında yaxşı vəziyyətdə olan “Prius” markalı maşının qiymətinə bərabərdir.
 
Həmin avtomobili Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova idarə edirdi.
 
Qeyd edək ki, ötən ay vaxtilə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin idarə etdiyi “Range Rover” markalı avtomobil də hərrac yolu ilə satılıb. 56 min manata satış çıxarılan avtomobil sonradan 42 min manata öz alıcısını tapıb. Hacıyev ailəsindən müsadirə edilən “Bentley Continental GT” markalı avtomobil isə daha öncə 58 min 500 manata satılıb.

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto - foto 1
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO