Ölkə əhalisinin neçə faizi iqtisadi vəziyyətindən məmnundur? – SORĞU 

Ölkə əhalisinin neçə faizi iqtisadi vəziyyətindən məmnundur? – SORĞU 

Hazırda oxunan: Ölkə əhalisinin neçə faizi iqtisadi vəziyyətindən məmnundur? – SORĞU 
131226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkə əhalisinin yarıdan çoxu iqtisadi vəziyyətini “orta” qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi sorğu keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda əhalinin gəlirləri 15%-dən çox ARTDI


Məlumatda deyilir ki, Mərkəz ictimai rəy sorğusu əsasında vətəndaşların özünün, eləcə də ölkənin iqtisadi vəziyyəti barədə rəylərini öyrənib, yaxın gələcəklə bağlı iqtisadi proqnozlarını dəyərləndirib:

“Keçirilən sorğunun nəticələrinə əsasən, iştirakçıların 15.4 faizi iqtisadi vəziyyətini “yaxşı”, 57.6 faizi “orta”, 27.1 faizi “pis” kimi qiymətləndirib.

Ölkənin iqtisadi vəziyyəti ilə bağlı sorğuya isə respondentlərin 33.6 faizi “yaxşı,” 48.4 faizi “orta”, 14.8 faizi isə “pis” cavabını verib. İştirakçıların 3.1 faizi isə cavab verməkdə çətinlik çəkib”.

Məlumatda qeyd olunur ki, sorğu çərçivəsində iştirakçıların yaxın gələcəkdə özünün, eləcə də ölkənin iqtisadi vəziyyətinin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı gözləntiləri də öyrənilib:

“İştirakçıların 54.4 faizi iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyini, 20.8 faizi dəyişməyəcəyini, 17.2 faizi mənfiyə doğru dəyişəcəyini güman edib. Onların 7.6 faizi isə bu barədə fikir bildirməyib.

Ölkənin iqtisadi vəziyyətinə gəlincə, sorğuda iştirak edənlərin 64.6 faizi müsbətə doğru dəyişiklik gözlədiyini, 13.5 faizi hər hansı dəyişiklik gözləmədiyini, 11.2 faizi mənfiyə doğru dəyişəcəyini ehtimal etdiyini bildirib. İştirakçıların 10.7 faizi isə cavab verməkdə çətinlik çəkib”.

Ölkə əhalisinin neçə faizi iqtisadi vəziyyətindən məmnundur? – SORĞU  - foto 1

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO