Qarabağda həyata keçirilən strateji LAYİHƏLƏR 

Qarabağda həyata keçirilən strateji LAYİHƏLƏR 

Hazırda oxunan: Qarabağda həyata keçirilən strateji LAYİHƏLƏR 
131217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hazırda Qarabağ İqtisadi rayonu ərazisində ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qeyd edilən regionda həmçinin dəmir yolu layihəsi də reallaşdırılır:

"Həmçinin, 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Onlar Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu layihələridir. Zəngilan və Füzulidə hava limanları inşa edilib. Həqiqətən də möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanı inşa olunsun".

E.Hüseynov Qarabağda enerji və su infrastrukturun bərpası məsələsinə toxunaraq bildirib ki, Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir:

"Qarabağ İqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. Rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO