
- A-
- A
- A+
Qalatasaray Meydanında Xocalıya həsr edilən fotosərgi keçirildi - FOTO
Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Bizim.Media-nın məlumatına görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə faciə ilə bağlı fotosərginin açılış mərasimi olub.
Mərasim İstanbulun mərkəzi bölgəsi olan İstiqlal prospektində yerləşən Qalatasaray Meydanında keçirilib.
Tədbirdə çıxış edən Baş konsul Nərminə Mustafayeva Xocalı soyqırımı haqqında danışıb.
O qanlı hadisə zamanı yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini bildirib.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Ermənistanın hərbi siyasi təcavüzü dünya ictimaiyyəti tərəfinfən qınanılmalı, beynəlxalq təşkilatlar Xocalı və bu kimi soyqırım hadisələrinə siyasi -hüquqi qiymət verməlidilər.
Qeyd edək ki, sərgi 27 fevrala kimi davam edəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































