Ermənilərin işgəncə verdiyi azərbaycanlı hərbçinin anası: “Balamı mənə qaytarın”

Ermənilərin işgəncə verdiyi azərbaycanlı hərbçinin anası: “Balamı mənə qaytarın”

Hazırda oxunan: Ermənilərin işgəncə verdiyi azərbaycanlı hərbçinin anası: “Balamı mənə qaytarın”
130595
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”.

Bizim.Media "modern.az"a istinadən xəbər verir ki, bunu Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə veriblər - FOTO


O, oğlunun günahsız olduğunu deyib:

“Mən bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK), Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual etdi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”.

Şəlalə Axundovanın sözlərinə görə, övladı əsgərlikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağa hazırlaşırdı: 

“Biz Mehdiabadda yaşayırıq. İki qızım, bir oğlum var. Hüseyn 9 yaşından əsgər gedən günə qədər işləyib, fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı.

Onunla sonuncu dəfə aprelin 4-də danışmışdıq. MAXE olacağını deyirdi. Əsgərlik vaxtı heç nədən şikayəti yox idi, hər şeyin qaydasında olduğunu deyirdi. Xahiş edirəm, balamı mənə qaytarın”.

Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO