“İstiqlal” ordenli Xalq şairi: “Çoxlu məktub yazmışam...”

“İstiqlal” ordenli Xalq şairi: “Çoxlu məktub yazmışam...”

Hazırda oxunan: “İstiqlal” ordenli Xalq şairi: “Çoxlu məktub yazmışam...”

12381

Prezident İlham Əliyev ötən gün Xalq şairi Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edib. Həmçinin ona təbrik məktubu da ünvanlayıb. 

Bu münasibətlə görkəmli şairimizi təbrik etmək və xoş təəssüratlarını bizimlə bölüşməsi üçün Bizim.Media olaraq onunla əlaqə saxladıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Nəriman Həsənzadəni təbrik etdi 


O, sevincinin həddi-hüdudunun olmadığını qeyd edərək, Qarabağın Zəfər xəbərindən sonra bu mükafatın onun aldığı ikinci xoş xəbər olduğunu diqqətə çatdırdı:

“Çox sağolsun oxucularım, dostlarım, hər kəsdən bu münasibətlə saysız-hesabsız təbriklər aldım. Adama belə mükafat veriləndə nə fikirləşər ki? Mən çox şadam, çox sevinirəm ki, Cənab Prezident heç kəsi unutmur, işləri gərgin olsa da ədəbiyyatımızı və onun fədakarlarını yüksək qiymətləndirir. Bunun üçün Prezidentə böyük minnətdarlığımı bildirirəm”.

Şair Vətən Müharibəsi günlərində gördüyü işlərdən də bəhs edib:

“Vətən müharibəsinin getdiyi zamanlarda da bir sıra şeirlər yazmışam. Əsgərlərlə mütəmadi olaraq əlaqə saxlayırdım, çoxlu məktub yazmışam. Onlar da mənə təşəkkürlərini çatdırırdılar. Həmin ərəfələrdə “Qarabağ Azərbaycandır, Qarabağnamə İlhamdır” adlı pyes yazdım. Pyes Gənc Tamaşaçılar teatrında tamaşaya qoyulacaq”. 

90 yaşlı şairimiz səhhətində hər şeyin qaydasında olduğunu, özünü yaxşı hiss etdiyini də diqqətə çatdırdı: 

“Efirdə çox görünməməyimə baxmayaraq, hələ də sevilməyimin səbəbi yəqin ki, oxucuların ürəklərindən keçən, onlara toxunan mövzularda yazıb yaratmağımdır.”

Sonda Nəriman Həsənzadə  mətbuata da təşəkkürünü bildirməyi unutmayıb:

“Dünən mətbuatdan bir çox dostlarım mənə zəng vurub, xoş arzularını çatdırdılar. Zənglər o qədər çox idi ki, çatdırıb cavablaya bilmədiklərim də oldu. Hər birinə təşəkkür edirəm”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO