AzTV-də yayımlanan ilk filmin “BƏXTİYAR” olduğunu bilirdinizmi? - VİDEO

AzTV-də yayımlanan ilk filmin “BƏXTİYAR” olduğunu bilirdinizmi? - VİDEO

Hazırda oxunan: AzTV-də yayımlanan ilk filmin “BƏXTİYAR” olduğunu bilirdinizmi? - VİDEO
120331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Televiziyasının yaranmasından 67 il ötür. 1956-cı il fevralın 14-də aktrisa Nəcibə Məlikova “Göstərir Bakı” deyərək tamaşaçıları salamlayıb. Bundan sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Beləliklə, Azərbaycanda televiziya müntəzəm yayıma başlayıb.

Bununla da “Bəxtiyar” filmi Azərbaycan televiziyasında ilk nümayiş olunan film kimi tarixə düşdü.

Tammetrajlı bədii film bir il əvvəl, 1955-ci il də Lətif Səfərovun rejissorluğu ilə lentə alınmışdı.

Bakı kinostudiyasında istehsal edilmiş film neftçi Bəxtiyar Muradovun həyatından bəhs edirdi.

Əsas rolları Rəşid Behbudov, Tamara Çernova, Faiq Mustafayev, Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov və İsmayıl Əfəndiyev canlandırırdı. 

“Bəxtiyar” filmi Azərbaycan kinosunun ən yaxşı nümunələrindən biri kimi bu gün də tamaşaçılar tərəfindən sevilərək baxılır.

Film haqqında daha geniş materialı təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO