Əhməd Cavad haqqında film çəkildi

Əhməd Cavad haqqında film çəkildi

Hazırda oxunan: Əhməd Cavad haqqında film çəkildi
115565
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, AzTV-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verilib.

Filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. 
 

Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.

Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO