Qırğızıstanın keçmiş prezidenti Atambayev həbsdə qaldı

Qırğızıstanın keçmiş prezidenti Atambayev həbsdə qaldı

Hazırda oxunan: Qırğızıstanın keçmiş prezidenti Atambayev həbsdə qaldı
10794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bişkekin Pervomaysk Rayon Məhkəməsinin ofisi cümə axşamı RİA Novosti-yə bildirib ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev 7 aprel tarixinə qədər həbsdə saxlanılıb.

Bizim.Media xəbər verir ki, Bişkekin Pervomaysk rayon və şəhər məhkəmələri Atambayevə kriminal avtoritet Aziz Batukaevi azad etdiyinə görə 11 il iki ay həbs cəzası verib.

Lakin sonradan ölkənin Ali Məhkəməsi aşağı məhkəmələrin qərarını ləğv edib və işi yenidən məhkəməyə göndərib.

Atambayev 2019-cu ilin avqust ayında tutulan zaman baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrə görə də ittiham olunur.

Qırğızıstan parlamentində ən böyük hesab edilən sosial demokrat partiyasının lideri Atambayev 2011-2017-ci illərdə prezident vəzifəsində çalışıb. 
 

O, vəzifəsindən getdikdən bir müddət sonra eks-prezident komandasının üzvlərinə qarşı cinayət işləri açılıb. 

Atambayev keçmiş prezident statusundan məhrum edilib, ağır cinayətlər törətməkdə günahlandırılıb. 

Keçmiş dövlət başçısı dəfələrlə özünə və ortaqlarına qarşı ittihamların siyasi mahiyyət daşıdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO