Bel ağrılarını azaldacaq məsləhətlər

Hazırda oxunan: Bel ağrılarını azaldacaq məsləhətlər

10582

Bel ağrısı bir çox fərqli səbəblərdən ortaya çıxır. Hazırkı dövrdə pandemiya ilə bağlı daha çox evdə vaxt keçirməyimiz bel ağrılarına da təsir edir.

Bizim.Media xəbər verir ki, bel ağrısı kəskin, subakut və xroniki olaraq üç kateqoriyaya bölünür.

Kəskin bel ağrısı ümumiyyətlə bir neçə gündən 4 həftəyə, subakut bel ağrısı isə 4- 12 həftə arasında davam edir. Daha uzun müddət davam edən bel ağrısı üçün xroniki bel ağrısı termini istifadə olunur.

Bu ağrıları müəyyən mənada azaltmaq mümkündür. Bunun üçün mütəxəssislər bunları məsləhət görür:

Düzgün duruşunuzu qoruyun

Belinizi zədələnmədən qorumaq üçün, fiziki fəaliyyət zamanı duruşunuzu  düzgün saxlamaq vacibdir.

Mümkün qədər əyilməkdən çəkinin və belinizi düz tutmağa çalışın.  Qalxarkən və ya nəyisə qaldırarkən belinizdə deyil, dizlərinizlə əyilib-qalxın.

Düzgün oturun 

Düzgün oturşunuzla da bel ağrısının qarşısını ala bilərsiniz.

Əgər işiniz masa arxasında oturmağı tələb edirsə ayaqlarınızı yerə qoyun və bel dəstəyi verən bir stuldan istifadə edin. Kompüterinizin ekranını görmək üçün önə əyilməkdən çəkinin.

Buz və istidən istifadə  

Əgər belinizi zədələnmisinizsə, sonrakı ilk 24-72 saat ərzində buz tətbiq etmək ağrıları və şişkinliyi azaltmağa kömək edə bilər.

Bundan sonra  isə sıx əzələlərin rahatlamasına kömək etmək üçün istiyə keçin. İstilik, kəskin bir zədə ilə əlaqəli olmayan xroniki bel ağrısı üçün də faydalıdır. İstilikdən və ya buzdan  hər dəfə 20 dəqiqədən çox istifadə etməməyiniz məsləhətdir. Əks halda dəri zədələnə bilər.

Düzgün ayaqqabı seçimi 

Etdiyiniz fəaliyyətə uyğun ayaqqabı geyindiyinizə əmin olun (qaçış və ya idman üçün ayaqqabı və s.).

Hündürdaban ayaqqabı nadir hallarda geyinilərsə beldə  problem yaratma ehtimalı yoxdur, tez-tez geyinmək isə belinizə daha çox təzyiq göstərə bilər.

Keyfiyyətli bir yataq 

Bel ağrısı olanlar sərt bir yataqda yatmaqdan faydalanırlar. Bununla birlikdə, seçdiyiniz yuxu pozisiyası yataq seçiminizə təsir etməlidir. Yan tərəf üstündə yatanlar yumşaq bir yataq seçməlidirlər.

Arxası və ya üzüüstə yatanlar isə daha sərt yataq seçimi etməlidirlər.  Bel ağrını varsa üzüüstə yatmaqdan çəkinməlisiniz.

Tütün məhsullarından istifadə etməyin.

Tütün istifadəsi bir çox xəstəliyə səbəb olduğu kimi, disklərdəki qan axını və oksigeni qısıtlayır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO