“Rusiyanın səfiri Ermənistanda təxribatla məşğuldur” - SƏRT REAKSİYA

“Rusiyanın səfiri Ermənistanda təxribatla məşğuldur” - SƏRT REAKSİYA

Hazırda oxunan: “Rusiyanın səfiri Ermənistanda təxribatla məşğuldur” - SƏRT REAKSİYA

104913

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin rəsmi saytında xəbərdarlıq məlumatı yayılıb. Səfirlik rusiyalı turistləri Ermənistanın Zəngəzur, Dərələyəz və İstisu rayonlarının sərhəd bölgələrinə getməkdən çəkinməyə çağırıb. Eyni zamanda ABŞ Dövlət Departamenti də Ermənistandakı diplomatik missiya əməkdaşları və onların ailələrinə, o cümlədən burda olan ABŞ vətəndaşlarına çağırış edib. Bu da birmənalı şəkildə ölkəmizə qarşı müxtəlif formalı, ancaq eyni hədəfə hesablanan təxribatlar həyata keçirməkdədir. Qısası, dəyişən heç nə yoxdur, Azərbaycana qarşı silsilə təxribatlar davam edir... 

Heç şübhəsiz ki, Azərbaycana qarşı həyata keçirilən bu təxribatların arxasında müəyyən məqsədlər dayanır. Təxribat yönlü informasiyalarla nəyə mane olmaq istəyirlər, məqsəd nədir?

Bizim.Media-ya yayılan informasiya ilə bağlı rekasiya bildirən politoloq Elşən Mirzəoğlu söyləyib ki, bu kimi açıqlamalar təxribat xarakterlidir: 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı səfir “status”la bağlı ermənilərin son ümidini qırdı - VİDEO


“Bunu istisna etmək olmaz. İstisna deyil ki, səfiri bu sayaq təxribat xarakterli açıqlamalar verməyə Ermənistan iqtidarı və onunla iş birliyində olan erməni diasporu sövq edib. Erməni diasporu Rusiya, Fransa və ABŞ-ın siyasətçilərilə ciddi lobbiçilik fəaliyyəti aparır. Erməni diasporunun lobbiçilik fəaliyyətinin hədəfinə düşən siyasilərin zaman-zaman belə açıqlamalar verməsi bu mənada gözləniləndir”.

Politoloq qeyd edir ki, Rusiyanın İrəvandakı səfirinin bu ölkənin vətəndaşlarını Ermənistan-Azərbaycan sərhəd boyu ərazilərinə getməkdən çəkindirməsi səfirin öz şəxsi mövqeyi və öz baxışıdır: 

“Hərçənd ki, səfirlər bütün hallarda mənsub olduqları dövlətin maraqlarından çıxış edirlər. Moskvanın İrəvandakı səfiri Kopırkin bir müddət əvvəl verdiyi başqa bir açıqlama ilə də Rusiya Xarici İşlər Nazirliyinin diqqətində qalıb.

Nəticə etibarı ilə həmin səfirə XİN ciddi xəbərdarlıq etdi. Görünür, Rusiya XİN-i tərəfindən edilən xəbərdarlıq yetərincə olmayıb. Ona görə də, növbəti dəfə səfir belə təxribat xarakterli fikirlər səsləndirib. Yəqin ki, onun barəsində Rusiya hökuməti fərqli və daha kəskin addımlar atmalı olacaq.
Ən əsası odur ki, Kopırkinin son açıqlaması rəsmi Kremlin mövqeyi deyil. Rusiyanın bəzi işgüzar dairələri, XİN və hərbi sənaye kompleksinə bağlı qüvvələr Moskvanın Azərbaycan və Ermənistan arasında yaşanan münaqişəyə münasibətdə erməni lobbisinin maraqlarından çıxış edərək, fərqli addımlar atmağa çalışırlar. Hansı ki, bu addımlar əslində Kremlin bölgə ilə bağlı geosiyasi maraqlarına cavab vermir. İndiki halda düşünürəm ki, səfirin həmin mövqeyinə şəxsi mövqeyi kimi baxmalıyıq.  Zənn edirəm ki, Rusiya XİN-i məsələni gündəmdə saxlayacaq və məsələ səfirin şəxsi mülahizəsi kontekstində qiymətini alacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO