Qarabağda separatçılar tərksilah olunur – Erməni deputat AÇIQLADI

Qarabağda separatçılar tərksilah olunur – Erməni deputat AÇIQLADI

Hazırda oxunan: Qarabağda separatçılar tərksilah olunur – Erməni deputat AÇIQLADI

104514

“Rus sülməramlıların müvəqqəti yerləşdiyi Azərbaycanın Xocavənd rayonunda separatçılara məxsus hərbi hospital bu yaxınlarda bağlanıb. İşçilərə bunun nə üçün edildiyi ilə bağlı heç bir izahat verilmir”. 

Bizim.Media xəbər verir ki, bunu news.am-ın müxbirinə müsahibəsində parlamentin “Ədalət” fraksiyasının deputatı Metakse Akopyan deyib.

“Uzun müddətdir ki, gizli şəkildə əvvəlcə ordunun zabit korpusunda, sonra isə aşağı ştatda ixtisarlar aparılıb, indi isə tibb müəssisələrinə keçiblər. Xankəndi xəstəxanası da eyni vəziyyətdədir.
Bəzi proseslər gedir və tamamilə aydındır ki, hər şey tərksilahlanmaya doğru gedir. Bununla bağlı nəsə edəcəyik, amma hər şeyi qabaqlamaq və mötərizələri açmaq istəmirəm”, - deyə Akopyan xəstəxanaların işinin pis təşkil edildiyinə diqqət çəkib.

Deputat hesab edir ki, baş verənlər təzyiqin nəticəsidir:

“İlk növbədə Paşinyana kənardan təzyiqlər edilir, o da “Arsax” (Qarabağdakı qondarma rejim) “hakimiyyəti”nə təzyiq edir. Güman edirəm ki, bu, Paşinyanın göstərişi ilə edilir. Ona da bu göstərişi Azərbaycan verib”, - deyə müxalifətçi deputat vurğulayıb.

Xatırladaq ki, hökumətin son iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya və Azərbaycan liderlərinə “Qarabağ hakimiyyəti”nin təklifini təqdim edib.

Təklifdə deyilir ki, əgər “Arsax” ətrafında beynəlxalq təminatlı demilitarizasiya zonası yaradılarsa, onda Qarabağın “müdafiə ordusu”na ehtiyac olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO