Putin Rusiyaya birləşən 4 bölgənin toxunulmazlığından danışdı - VİDEO

Putin Rusiyaya birləşən 4 bölgənin toxunulmazlığından danışdı - VİDEO

Hazırda oxunan: Putin Rusiyaya birləşən 4 bölgənin toxunulmazlığından danışdı - VİDEO

104481

“Böyük Vətən Müharibəsi illərində ərazilərində ağır döyüşlərin getdiyi dörd bölgə Rusiyaya qayıtdı”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin “Qələbə” Rusiya Təşkilat Komitəsinin iclasında səsləndirib.

“Bu şəhərlərin Hərbi Şöhrət Şəhəri statusu üçün müraciətləri sübut edir ki, onların Rusiya ilə tarixi əlaqələri var və toxunulmazdırlar”, deyə o, qeyd edib. 

Kremlin sahibi çıxışı zamanı digər məqamlara da toxunub:

- Ölkəmizin suverenliyinə təsir etmək cəhdlərinə vaxtında və qəti şəkildə cavab verilib.

- Qərbin məqsədi Rusiyanı zəiflətmək, onun suverenliyini sarsıtmaqdır.

- Rusiya Federasiyasının milli kimliyinin əsasını nəsillərin davamlılığı, adət-ənənələrə sadiqlik və yüksək mənəvi-əxlaqi qaydalar təşkil edir.

- Rusiyada müharibə dövründən qalan hərbi qəbirlərə diqqətlə baxmaq lazımdır.

- Rusiyanın yeni bölgələrinin şəhərləri Böyük Vətən Müharibəsində qələbədə böyük rol oynayıb, onlara fəxri adlar veriləcək.

- Mariupol və Melitopol şəhərlərinin “Hərbi Şöhrət Şəhəri” adına müraciətləri tarixi yaddaşın ümumiliyindən xəbər verir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO