TÜRKSOY-un Şuşada keçiriləcək iclasına Anar Kərimov koordinatorluq edəcək

TÜRKSOY-un Şuşada keçiriləcək iclasına Anar Kərimov koordinatorluq edəcək

Hazırda oxunan: TÜRKSOY-un Şuşada keçiriləcək iclasına Anar Kərimov koordinatorluq edəcək
103018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısında iştirak etmək məqsədilə Türkiyədə rəsmi səfərdədir.

Bizim.Media xəbər verir ki, Noyabrın 5-də 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyəti Paytaxtı” olan Bursa şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəhər “Türk Dünyasının Mədəniyyət Paytaxtı” SEÇİLDİ 


​​​​​​​İclasda TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı dönəm toplantısının koordinatorluğu Azərbaycanın mədəniyyət naziri Anar Kərimova həvalə edilib.

40-cı iclasın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada keçirilməsi ilə bağlı qərar verilib.

TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasından sonra “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı: 2023” adlı fotosərginin açılışı keçirilib.

Mədəniyyət naziri Anar Kərimov sərginin açılışını edib. Daimi Şuranın iclasının iştirakçıları və digər qonaqlar sərgi ilə tanış olublar. Sərgi çərçivəsində Şuşaya həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Nazir Anar Kərimov tərəfindən Bursa şəhərinin valisi Yakup Canpolata “Şuşa – 270” xatirə nişanı təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO