Ağcabədidə zəncirvari qəza baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, Qaravəlli kəndində vətəndaşlara məxsus “BMW”, “Mercedes” və “Daewoo” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Onlardan biri “BMW” markalı minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Elgün Bəbişovun cəsədi xilasedicilərin köməkliyi ilə maşından çıxarılıb. Digər dünyasını dəyişən sərnişinlərin isə kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.






























































































