İkram İsrafil hakimiyyəti “radikal iqtidar” adlandırdı

İkram İsrafil hakimiyyəti “radikal iqtidar” adlandırdı

Hazırda oxunan: İkram İsrafil hakimiyyəti “radikal iqtidar” adlandırdı

45120

Müsavat Partiyası Divanının üzvü, sabiq millət vəkili İkram İsrafil Moderator.az-a müsahibə verib. Onu oxuculara təqdim edirik:

 

-Müsavat başqanı İsa Qəmbər  Azərbaycan üçün Rusiya  təhlükəsinə qarşı hamını sərvaxt olmağa səsləyib. Doğrudanmı təhlükə bu qədər realdır?

 

-Yəqin ki, Rusiyanın avtoritar hakimiyyəti tərəfindən 2008- ci ildə Gürcüstanın təcavüzə məruz qalmasını unutmamısınız. O zaman da buna ilk olaraq təpki göstərən yeganə partiya Müsavat idi. Rusiyanın hərbi müdaxiləsini qınamayan və vəziyyətin kimin xeyrinə dəyişəcəyini gözləyən qüvvələr var idi.Tarix təkrarlanır. Bu gün də həmin qüvvələr Rusiyanın Ukraynaya müdaxiləsinə biganə qaldılar. Deyə bilərəm, hətta elə insanlar var ki, Sovetlər ittifaqının bərpasını müsbət qarşılayır və bunu təlqin etməyə çalışırlar. Bu səbəbdən də Müsavat Partiyası keçirdiyi toplantı ilə Rusiyanın Azərbaycan üçün də təhlükə ehtimalını diqqətə çatdırır. Partiya bunun milli dövlətçilik məsələsi olduğunu diqqətə çatdırmaq niyyətindədir və bu halın hər kəs tərəfindən qəbul olunmasına səy göstərir.

 

-Sovet İttifaqının bərpasına meylli insanlar dedikdə kimləri nəzərdə tutursunuz?

 

-Azərbaycanın müstəqillik aktına imza atamayan insanlar bu gün hakimiyyətdə yüksək vəzifələr tuturlar. Hətta parlamentdə də belə deputatlar var. Ölkəmizin şimalında Rusiya bayrağını qaldıranlar var. Bu bayraqları Putin qaldırmayıb ki?

 

-Deməli, bizdə hələ də “bəlkə də qaytardılar” arzusuyla yaşayan zavallılar var...

 

-Azərbaycan üçün şimaldan təhlükə hər zaman mövcud olub və bu gün də o hələ sovuşmayıb. Dünya hərbi ekspertlərinin fikrincə Rusiya Krımda həyata keçirdiyi hərbi taktikanı Azərbaycana da tətbiq edə bilər.

 

-Əgər belə bir təhlükə realdırsa, Azərbaycan hansı önləyici addımlar atmalıdır?

 

-Deyə bilərəm ki, Rusiya hazırda çox təhlükəli mövqedədir. Təsəvvürümüzə belə gətirməyəcəyimiz proseslər baş verə bilər. Bu məqsədlə də dövlətimizin bütün vətəndaşları mövcud məsələyə həssas yanaşmalı və vahid mövqedən çıxış etməlidir. Hazırki vəziyyətdə separatçı qüvvələrə qarşı mübarizə aparılmalı və ifşa olunmalıdır.

 

-NİDA- çı gənclər bir ildən artıqdir ki,  həbsdədir. Son məhkəmədə onlara dövlət ittihamçısı onlara 6 ildən 8 ilədək həbs cəzası istədi. Buna etiraz olaraq gənclər aclıq aksiyasına başlayıb.

 

-NİDA- çı gənclərə verilən cəza tək bu hərəkat üzvlərinə verilən cəza kimi dəyərləndiriliməmlidir. Bu cəzalar  dövlətimizdə demokratik cəmiyyəti arzulayanlara, korrupsiyanın və rüşvətin kökünün kəsilməsinin tərəfdarı olan hər kəsə qoyulan məhdudiyyət kimi qəbul olunmalıdır. Aclıq aksiyası artıq öz müsbət nəticələrini verməkdədir və inanıram ki, onlar bu mübarizədə qalib gələcəklər. Ümid edirəm ki, NİDA-çı gənclər və digər günahsız olaraq həbs olunanlar tezliklə azadlıqlarına qovuşacaqlar.

 

-Rusiya təhlükəsindən sığortalanmaq üçün milli birliyin vacibliyini qeyd etdiniz. Ancaq reallıq göz önündə, müxalifətlə iqtidar arsındakı dialoq böhranı hələ də davam edir...

 

-Bu dialoqun heç vaxt baş tutmayacağı qənaətindəyəm. Diqqətə çatdırım ki, bu məsələdə təşəbbüskar tərəf iqtidar olmalıdır, lakin onlar da bu sahədə heç bir addım atmırlar. Zənnimcə inkarçı bəyanatlarına baxmayaraq hakimiyyətdə də bu dialoqun tərəfdarı olanlar var.

 

 -Bəzi iqtidar nümayəndələri müxalifəti radikal niyyətli adalandırır

 

-İllərdir öz prinsplərimizdən vaz keçmədiyimiz üçün iqtidar bizi radikal müxalifət adlandırır. Bizim prinsiplərimiz demokratik seçki, adalətli məhkəmə, iqtisadi azadlıq və Qarabağ uğrunda mübarizədən ibarətdir. Müsavat olaraq bu mübarizədən heç vaxt yorulmayacağıq. Mən də onları qeyd etdiyim problemləri həll etmədiklərinə görə “radikal iqtidar” adlandırıram.

 

-Firudin Məmmədov İTV-nin rəsmi saytında müxalifətə aid məlumatların verilməməsini Azərbaycanda normal müxalifətin olmamasıyla izah etməklə müxalifəti qıcıqlandıracaq açıqlamada bulundu.

 

-Firudin Məmmədovun özü mənim üçün əhəmiyyətsizdir. Bu səbəbdən də onun dediklərini heçə sayıram.


Lalə Novruzlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO