"Torpaqlarımızın işğaldan azad olunmasını istəyiriksə..."- Araz Əlizadə

Hazırda oxunan: "Torpaqlarımızın işğaldan azad olunmasını istəyiriksə..."- Araz Əlizadə
121325
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Moderator.az -ın suallarını cavablandırıb:

-Araz bəy, NATO Şərqi və cənub-şərqi Avropada hərbi mövcudluğunu gücləndirmək barədə qərar qəbul etdi. Siz NATO-nun bu hərəkətini necə dəyərləndiririsiniz?

-Ümumiyyətlə mən hesab edirəm ki, bunun arxasında pul qazanmaq məqsədi dayanır. NATO-dakılar istəyir ki, bu yolla pul qazansınlar. Çünki Rusiya heç kimə hücum etmir və etməyəcək də”¦

-Siz hesab edirsiz ki, ancaq pul qazanmaq”¦ Başqa bir məqsəd yoxdurmu?

-Xeyr. Bunun arxasında ancaq özlərinin maddi vəziyyətini normalladırmaq niyyəti dayanır. Bu yolla onlar NATO-nun büdcəsini artımına nail olub, daha çox gəlir əldə etmək istəyirlər. Görünür qlobal iqtisadi böhran onlara da təsrir edib. Bu yolla varlanmaq istəyirlər.
Bir də bir şeyi deyim, ümumiyyətlə dünyada nə hadisə baş verirsə, onun arxasında maddiyat durur. Hər şey pul ətrafındadır. Baxın Yaxın Şərqə... Niyə viran qoydular? Pula görə”¦ Elə götürün İranı... Pula görə”¦ Odur ki, nə baş verirsə onun arxasında mütləq və mütləq pul məsələsi dayanır.

-Araz bəy Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son zamanlarda yeni bir situasiya yaranıb. Xüsusən də AŞPA-nın son qış sessiyasında Qarabağla bağlı qətnamənin müzakirəsindən sonra”¦ Belə ki, artıq Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı məşğul olan ATƏT MQ həsədrlərinin vasitəçilik missiyasından imtina məsələsi gündəmdədir. Sizin bu məsləyə mövqeyiniz?

-Mən ümumiyyətlə ilk gündən ATƏT MQ-nin vasitəçilik missiyasının əleyhinə olmuşam. Çünki hələ tarixdə elə bir nümunə yoxdur ki, hərb yolu ilə işğal olunan torpaq sülh yolu ilə geri qaytarılsın. Əgər torpaqlarımızın işğaldan azad olunmasını istəyiriksə, o zaman müharibəyə hazır olmalıyıq. Mən bunu 1991-ci ildən deyirəm.

-Sizcə indki məqamda hərb yolu geosiyasi baxımdan nə dərəcədə effektlidir. Yenə dünya ermənilərə havadarlıq eməyəcək ki? Xüsusən də Rusiya. Çünki torpaqlarımızın işğalında rusların müstəsna xidməti var. Məhz onların yardımı ilə torpaqlarımız işğal edilərək ermənilərə verilib.

-İlk olaraq onu deyim ki, hərb yolu ilə torpaqları işğaldan azad etmək mümkündür və beynəlxalq hüquq buna imkan verir. Baxmayaraq ki, nüfuzdan düşsə də, BMT-nin nizamnaməsində yazılıb ki, təşkilata üzv olan ölkənin torpaqları işğal edilərsə, işğala məruz qalan ölkənin hərb yolundan istifadə edərək torpaqlarını işğaldan azad etmək hüququ var.

Hansı ki, başda ABŞ səfirliyi olmaqla hərb yolunun əleyhinə olduqlarını bəyan edirlər. Məhz bu cavab onlara yetərlidir. Axı bir də onlar özləri dünyanın istənilən bölgəsində müharibə aparır xa0və kimsə də onlara bir söz demir.

İkincisi, Rusiya bu dəfə müharibə başlayarsa müdaxilə edib erməniləri müdafiə etməyəcək. Nə də MDB-nin hərbi qurumu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMK). Ona görə ki, o təşkilatın nizamnaməsində qeyd olunur ki, qurum o zaman hərbi müdaxilə edə bilər ki, onda hər hansı ölkə quruma üzv ölkənin ərazisinə hərbi müdaxilə etsin. Azərbaycan da Ermənistana hərbi müdaxilə etmir. Əksinə işğal altında olan torpaqlarını işğaldan azad etmək niyyətindədir.

Qarabağın işğalında rusların iştirakına gəldikdə bəli, ruslar işğalda aktiv rol oynayıblar və ermənilərə dəstək veriblər. Ancaq ruslar bu dəfə hərbi əməliyyatlar başlayarsa, ermənilərə yardım etməyəcək. Rusların bu dəfə ki, iştirakı ancaq Ermənistandakı 102-ci hərbi baza vasitəsi ilə ola bilər. Burda da əsasən hərbi texnika ilə yardım edəcək. Bütün bunlara rəğmən biz müharibəyə hazır olsaq, uğur əldə edəcəyimiz istisnasızdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO