Sorğu keçirsək onun soyadının necə olduğunu bəlkə də çoxları bilməz. Çünki bu insan həm tibb sahəsində, həm də yaradıcılıqda Qəlbinur olaraq öz möhürünü vuran bir şəxsiyyətdir.xa0
Beləliklə həkim oftolmoloq, şair Paşa Qəlbinurunun Moderator.az - a verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Paşa müəllim, ilk öncə təxəllüsünüzün mənasını bilmək istərdik. Nə üçün məhz xa0“Qəlbinur”x9d?
- Bilirsiniz ki, uzun illər mən Paşa Musayev kimi tanınırdım və belə təqdim olunurdum. Təxəllüs istəyirdim, ancaq öz adıma uyğun bir təxəllüs tapa bilmirdim. Hər zaman da dostlarıma deyirdim ki, siz mənə bir təxəllüs deyin, mən də götürüm. Bir gün həkim dostum və bir şair dostum bir az saat fərqi ilə eyni gündə xa0bizə qonaq gəldi. Onlar hər ikisi mənə bu adı təklif etdilər, mənim də çox xoşuma gəldi. “Qəlbinur”x9d xa0adından da göründüyü kimi, xa0“qəlbi nur”x9d insan deməkdir. Qəlb ədəbiyyata, poeziyaya, nur isə oftolmologiyaya yaxın sözdür. Bir gün dostum Rafael Huseynov bildirdi ki, bu sözün digər mənası “yüksəklikdən gələn nur”x9d deməkdir. Bildiyimiz kimi Azərbaycanın bəzi bölgələrində “qəlbi”x9d yüksək, uca mənasını verir. Artıq mənim övladlarım da Qəlbinur təxəllüsünü soyad kimi daşıyırlar.
- Həm oftolmoloq, həm də şair kimi tanınırsınız. Hansına daha çox vaxt ayırırsınız?
- Düzünü desəm, bu iki sahə mənim taleyimin əsasını, özülünü təşkil edir. Onlarsız mən öz həyatımı təsəvvür edə bilmərəm. Biri ürəyim, digəri beyinimdir. Bu orqanlar olmadan insan necə yaşaya bilər?! Əslində ədəbiyyat, poeziya mənim həyatıma daha erkən yaşlarımda qədəm qoyub. Maraqlıdır ki, ilk şeirim də məhz gözlər haqqında olub. Belə görünür ki, bu iki sahə mənim qismətimdə vəhdət təşkil edib. Həkim xalatını geyinəndə də, şeir yazanda da mən çox xoşbəxt oluram. Gördüyüm hər işin səfası da, cəfası da mənimdir.
- Yaradıcı insan kimi də məşhursunuz. İnsanların sizi necə təqdim etməsini istəyirsiniz. Oftolmoloq, professor ya şair kimi?
- Paşa Qəlbinur deyə xitab etdikdə mən özümü həm oftolmoloq kimi, həm də şair kimi hiss edirəm. İnsanlar atıq məni tanıyırlar və bilirlər ki, mən həm həkim, həm də şairəm. buna görə də heç bir təqdimata ehtiyac yoxdur. Sadəcə Paşa Qəlbinur desələr kifayət edər.
- Siz həm nəzmdə, həm də nəsrdə yazırsınız. Fikrinizi hansı janrda oxuculara daha rahat, dolğun çatdıra bilirsiniz?
- Əslində bütün janrlarda özümü ifadə edə bilirəm. ancaq elə bir fikir olur ki, özü nəsrə tərəf gedir, sanki bu səmtə axıntılı olur. Mən öncədən bilmirəm ki, mənim yazacağım şeir olacaq, ya esse, və yaxud da başqa bir janrdan olan əsər. Bunu mən müəyyənləşdirmirəm. Beynimə gəlir, yazıram və həmin anda müəyyən olur ki, bu hansı janrda olmalıdır. Ancaq mənim yaradıcılıq prinsipim hər zaman olub ki, yazdıqlarım qısa, yığcam olsun. Azərbaycan ədəbiyyatında ilk bir misralıq şeirləri mən yazmışam. Ancaq elə olur ki, fikrini bir neçə cümlə ilə çatdıra bilmirsən. Nə qədər sıxırsan yenə də on, on beş misra yaranır. Eyni zamanda ədəbiyyatımızda ilk miniatur roman mənə məxsusdur. Miniatur roman elədir ki, sıxılır və kiçik bir həcm qalır. Oxucu da hiss edir ki, bu sıxılmış, kiçildilmiş bir əsərdir. Belə formada yazılan ilk romanım “Qara su”x9d adlanırdı. Bu əsər bir çox ölkələrdə oxundu, yenidən tərcümə olunmuş halda dərc olundu. Bir çox məktublar aldıqdan sonra bu romanın ikinci hissəsini yazdım. Bu isə “Göz dağı”x9d adlandı. Bundan əlavə mən esselər də yazıram. Bu esselər təbabət, poeziya və fəlsəfənin birləşmə nöqtəsində ortaya çıxan, mənə məxsus olan xa0bir yaradıcılıq nümunəsidir. Bu esselər də İdrak ətri kitabımda cəmlənib.
Gözlər qəlbin aynasıdır,xa0
Yalan nədir bilməz onlar. xa0
- İnsanın gözlərinə baxanda onun necə insan olduğunu müəyyənləşdirə bilirsinizmi?
- Mən də insanların gözlərinə baxanda hər insan kimi səhv edə bilirəm. Ancaq xəstənin gözünü əməliyyat edən zaman mən, onun xasiyyətcə necə insan olduğunu, daxili aləmini duya bilirəm. Gözün quruluşu, toxumaların mənim əlimə olan müqaviməti mənə əməliyyat etdiyim insanın necə olduğunu danışır.
- Bəd nəzər. Çox insanlarımız nəzərə inanır. Bilmək istərdik, təbabətdə bunun elmi izahı varmı?
- Bu bizə atalarımızdan, babalarımızdan qalıb. Xalq buna illər, əsrlər boyu inanıbsa, sınaqdan keçiribsə deməli bəd nəzər var. Elmi nəzəriyyəyə gəldikdə isə sübut olunub ki, hər insanın gözlərindən ayrılan şüa da fərqlidir. Bu şüa bir insanda az, digərində bir az çox, o birilərində isə daha çox ola bilər. Gözündən daha çox şüa ayrılan insanda da bəd nəzər daha güclü olur, və o qarşısındakı insana mənfi enerji ötürür. Ancaq çalışaq ki, belə şeylərə inanmayaq və həyatımızı da bu inanclar üzərində qurmayaq.
xa0
- Son zamanların ixtirası olaraq 40 saniyədə gözün lazerlə əməliyyatı həyata keçirilir. Bu haqda nə deyə bilərsiniz?
- Bilirsiniz, insan tanrının yaratdığı bir şah əsəridir. İnsan orqanizmi çox mürəkkəbdir. İnsanın göz zəifliyi xəstəliyi də müxtəlif formalarda olur və bunları sağaltmaq üçün də fərqli variantlar var. Lazer əməliyyatı da bu üsullardan biridir. Ancaq bu o demək deyil ki, lazer əməliyyatı bütün xəstələrdə eyni effekti verir və hər xəstəyə bu əməliyyatı keçirmək olar. Yəni bu individualdır, hər xəstənin görmə qabiliyyətinə uyğun olaraq əməliyyat və ya müalicə aparılmalıdır.
- Sosial və ya tibb sahəsində internet səhifələrinə, televiziya kanallarında və ya radioda reklam çarxlarının çəkiminə ehtiyac varmı?
xa0
- Bəli, ehtiyac var. Belə xa0təbliğat bir az nüfuzlu mənbələrdən təbliğ olunmalıdır. Belə olmadıqda insanlar arasında onu yaymaq qeyri - mümkün olar. Ümumiyyətlə dünya özü də sözdən yaranıb. Biz həyatda nə varsa sözdən, sözlərdən ibarət olan kitablardan öyrənmişik. Düşünürəm ki, söz insanlara daha tez nüfuz edən bir vasitədir. xa0Hər zaman qeyd edirəm ki, insan daha çox mütaliə etməlidir. Mütaliə insana nur verir, onu mənəvi gözəlləşdirir. Mütaliəsi zəif olan insan mənim nəzərimdə çirkindir. İnsan zahirən nə qədər gözəl olsa da o mütaliəsiz çirkin, xa0mənən yoxsul görsənir.xa0
- Sizə sosial və ya tibb sahəsində layihələrdə çalışmaq təklifinə cavabınız necə olar?
- Belə layihələrin həyata keçirilməsinə ancaq sevinə bilərəm. Təklifin qəbuluna gəldikdə isə deyə bilərəm ki, əgər mənim əlimdən gələn nə isə varsa, mənə təklif olunarsa belə reklam çarxlarında iştirak etmək və ya hər hansı yolla dəstək olmaq, böyük məmnuniyyətlə qəbul edərdim. Bu fikirim təkcə layihə ilə bağlı deyil. Ümumiyyətlə həyatda da mənə, mənim köməyimə xa0kiminsə ehtiyacı varsa mən o insandan əlimdən gəldiyi qədər yardımımı əsirgəmirəm. Bu həm Allah xoş gedər, həm də insanlara bir faydamız dəyər.
- Tibb sahəsində çalışdığınız üçün bu sualı sizə vermək istərdim. Müasir Azərbaycan səhiyyəsinin inkişafı sizi qane edirmi?
- Siz əgər bu sualı dünyada tibbin inkişafına aid versəydiniz mənim cavabım yox olardı. Çünki, bir insan inkişafdan razı olarsa bu zaman inkişafın sonu olar. Bütün dünya, eyni zamanda Azərbaycan səhiyyəsi bundan daha artıq dərəcədə inkişaf edə bilər. Buna baxmayaraq deyə bilərəm ki, Azərbaycan səhiyyəsi sürətlə inkişaf edir. Elm inkişaf etdikcə o hər sahəni öz ardınca çəkib aparır.
- Bəs Azərbaycanda səhiyyənin inkişafına hansı amillər mane olur?
xa0
- Bilirik ki, Sovet dövründə təkcə Azərbaycanda yox, eyni zamanda Sovetlər Birliyinə daxil olan ölkələrdə genetika elmi bütün dünyadan fantastik şəkildə geri qaldı. Sovet ideologiyası gender sahəsinin inkişafına bir əngəl oldu. O zaman bu sahədə müdafiə edənləri təqib edir, hətta həbs də edirdilər. xa0Bunlar Azərbaycanda gender sahəsinin inkişafına mane olan əsas amillərdən biri oldu.
Lalə Novruzluxa0




































































































