Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

Hazırda oxunan: Kiyevə dron hücumu: İki metro stansiyası bağlandı – ÖLƏN VAR - FOTO/VİDEO

642982

Oktyabrın 19-na keçən gecə Rusiya qüvvələrinin Kiyevə həyata keçirdiyi ballistik raket zərbəsi nəticəsində paytaxt infrastrukturuna, o cümlədən metro xəttinə ciddi ziyan dəyib.

Bizim.Media xəbər verir ki, Kiyev Metropoliteninin məlumatına görə, hücum zamanı yerüstü infrastruktur, relslər və kabel şəbəkəsi zədələnib. Buna görə də "Akademqorodok" – " Darnitsa" istiqamətində qatarların hərəkəti qrafikə uyğun bərpa olunsa da, yerüstü stansiyalar olan "Çerniqovskaya" və "Lesnaya" sərnişinlər üçün müvəqqəti bağlanıb.

Kiyev Şəhər Dövlət Administrasiyasının açıqlamasına əsasən, sərnişin axınını tənzimləmək üçün əlavə avtobuslar reysə buraxılıb.

Kiyev meri Vitali Kliçkonun və yerli rəsmilərin məlumatına görə, gecə hücumları nəticəsində paytaxtda dinc sakinlər də zərər çəkib:

Desnyanski rayonunda tibb mərkəzinin binasına, Dneprovski rayonunda isə təhsil müəssisələrinə və qeyri-yaşayış obyektinə ziyan dəyib.
 

Solomenski rayonunda raket qırıntılarının 25 mərtəbəli yaşayış binasına düşməsi nəticəsində 3 nəfər yaralanıb.


Ümumilikdə gecə hücumları zamanı 21 yaşlı gənc qız həlak olub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO