Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

Hazırda oxunan: Suriya Dünya Bankı ilə razılığa gəldi - Donor fondu yaradılır

642959

Suriya hökuməti Dünya Bankı ilə ölkənin bərpasına dəstək məqsədilə çoxtərəfli donor fondu yaratmaq barədə razılığa gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi tərəflərin birgə bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Suriyanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə START adlı Etimad Fondu yaradılacaq.

Fond güzəştli maliyyələşdirmə, investisiya zəmanətləri və texniki dəstək təmin etməklə yanaşı, ölkənin institusional potensialının gücləndirilməsinə xidmət edəcək.

Fond Dünya Bankı tərəfindən donorlar və inkişaf tərəfdaşları ilə birgə idarə olunacaq. Yardımlar Suriya hakimiyyətinin müəyyən etdiyi prioritetlərə uyğun şəkildə əlaqələndiriləcək.

Təşəbbüs beynəlxalq dəstəyi səfərbər etməyi, iqtisadiyyatın bərpasını sürətləndirməyi, yenidənqurma işlərini və institusional islahatları dəstəkləməyi hədəfləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO