Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

Hazırda oxunan: Parisdə ərəb ölkələrinin bayraqlarını daşıyan etirazçılar Luvr muzeyinə çatdılar - VİDEO

642914

Fransada kütləvi iğtişaşlar davam edir. Əlcəzair və digər ərəb dövlətlərinin bayraqlarını qaldıran nümayişçilər artıq paytaxt Parisin mərkəzində yerləşən dünyaca məşhur Luvr muzeyinin ərazisinə daxil olublar.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə qeyd edir ki, bəşəriyyətin ən qədim və zəngin incəsənət muzeylərindən biri olan Luvr ərazisində hələlik hər hansı dağıntı və ya talan faktı barədə rəsmi məlumat daxil olmayıb. 

Polis və təhlükəsizlik qüvvələri binanın mühafizəsini gücləndirib.

Ölkə daxilində iğtişaşların getdikcə kəskinləşməsi fonunda tarixi bina və infrastruktura ciddi ziyan dəyir. 

Xatırladaq ki, bir gün əvvəl etirazçılar Limoj şəhər meriyasının tarixi binasını yandıraraq tamamilə sıradan çıxarıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO