Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

Hazırda oxunan: Özbəkistan əhalisinin sayı 39,5 milyonu ötdü

642987

Özbəkistanın daimi əhalisinin sayı 2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, 39 milyon 535 min 225 nəfərə çatıb.

Bizim.Media Özbəkistanın Milli Statistika Komitəsinə istinadla xəbər verir ki, əhalinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 692,2 min nəfər və ya 1,8 faiz artıb. Statistik məlumatlarda əhalinin siyahıyaalınmasının nəticələri də nəzərə alınıb.

Ölkədə ən çox əhali Səmərqənd (4 milyon 462 min 783 nəfər), Fərqanə (4 milyon 293 min 1 nəfər) və Daşkənd (3 milyon 799 min 43 nəfər) vilayətlərində yaşayır.

Paytaxt Daşkənd şəhərinin əhalisi isə 3 milyon 278 min 512 nəfər təşkil edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO