Rusiyada "kağız ƏDV" yaradan ən böyük gizli şəbəkənin fəaliyyətinin dayandırılması dövlət büdcəsinin yarım trilyon rubldan çox əlavə itki verməsinin qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
Bastrıkinin sözlərinə görə, cinayətkar şəbəkənin çökdürülməsi sayəsində gələcəkdə ödənilməyəcək vergilər şəklində 500 milyard rubldan (yarım trilyon) çox ehtimal olunan zərərin qarşısı alınıb. İriqraflı qanunsuz sxem artıq dövlət xəzinəsinə böyük zərbə vurub.
Şəbəkənin əsas fiqurantlarından olan Aleksandr Osin istintaqdan qaçsa da, Belarus Respublikası ərazisində tutulub. Onun Rusiyaya ekstradisiya olunması üçün zəruri sənədlər artıq Belarusun səlahiyyətli orqanlarına təqdim edilib.
İstintaqçılar təqsirləndirilən şəxslərin mobil cihazlarından silinmiş məlumatları bərpa edərək 12 nəfərdən ibarət bütün cinayətkar dəstənin izinə düşə biliblər.
Yaz aylarında Moskvada saxta qaimə-fakturaların satışı üçün 4 mindən çox fiktiv hüquqi şəxs yaradan cinayətkar birliyin fəaliyyəti dayandırılmışdı. Bu genişmiqyaslı dələduzluq nəticəsində Rusiya büdcəsinə ümumilikdə 1 trilyon rubldan çox vergi vəsaiti daxil olmamışdı.
Bizim.Media



































































































