ABŞ Prezidenti Donald Tramp Fransada baş verən kütləvi iğtişaşlar və sosial gərginlik fonunda bəyanat yayaraq ölkədəki immiqrasiya siyasətini kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, o, Fransanın mövcud vəziyyətini miqrasiya nəzarətinin itirilməsi ilə əlaqələndirib.
Donald Tramp Fransanın alovlar içində olduğunu bildirərək, ölkəyə tamamilə fərqli mədəniyyətlərdən və yaşadıqları ölkəyə nifrət edən insanların axın etdiyini vurğulayıb.
ABŞ lideri bu cür miqrasiya siyasətinin vaxtilə qüdrətli olan bir dövləti məhvə apardığını qeyd edib.
Tramp Fransa rəhbərliyini və digər ölkələri gec olmadan öz sərhədlərinə nəzarəti tam şəkildə ələ almağa çağırıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
17:28 / 18.10.2026
Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO
Hazırda oxunan: Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO
Hazırda oxunan: Tramp: "Fransa yanır! İmmiqrasiya ölkəni məhv edib" - FOTO
642898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































