Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO

Hazırda oxunan: Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO
642971
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zelenski bu müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib. O, iki il əvvəl indikindən daha əlverişli razılaşma əldə edə bilərdi.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial hesabında paylaşımında bildirib.

Trampın sözlərinə görə, Zelenski Rusiyadakı dizel yanacağı istehsal edən neft emalı zavodlarını hədəfə alır və bu hücumların ABŞ da daxil olmaqla dünya dizel bazarlarına ciddi zərər vurduğunu bilir.

ABŞ Prezidenti bildirib ki, yaranmış vəziyyətdən fermerlər, heyvandarlıq təsərrüfatları və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr ciddi zərər çəkirlər.

“Zelenski buna əhəmiyyət vermir. Açığını desəm, Avropanın ona verdiyi böyük maliyyə yardımı və Co Baydenin keçmişdə ayırdığı vəsaitlər fonunda o, bu müharibəni bitirmək istəmir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti Ukraynanın ağır vəziyyətdə olduğunu, ərazilərinin böyük hissəsini itirdiyini, kişi əhalisinin əhəmiyyətli hissəsinin yaralandığını və ya həlak olduğunu iddia edib.

“Onun ölkəsi dağıntılar içindədir, ərazilərinin böyük hissəsi itirilib, dənizlərə çıxışı yoxdur. Mən bu müharibənin başa çatmasını istəyirəm”, – deyə Tramp bildirib.

O, həmçinin Rusiyanın dünya bazarlarına aşağı qiymətlə milyonlarla barel dizel yanacağı göndərdiyini qeyd edib.

Tramp: “Zelenski müharibənin başa çatmasını istəmir” – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO