Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

Hazırda oxunan: Səudiyyə Ərəbistanının cənubuna mərmi düşdü - Xəsarət alanlar var

642958

Yəmənin husi üsyançıları tərəfindən atılan mərminin Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərinin yaşayış məntəqəsinə düşməsi nəticəsində altı nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Saudi Press Agency" (SPA) Mülki Müdafiə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

"Husi terror qruplaşması tərəfindən atılan düşmən mərmisinin yaşayış məntəqəsinə dəyməsi nəticəsində altı nəfər yaralanıb, üç evə və üç avtomobilə ziyan dəyib", - məlumatda deyilir.


Agentliyin müsahibi mülki obyektləri hədəfə almaq cəhdlərinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO