Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Hazırda oxunan: Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

642935

Rusiya estradasının tanınmış müğənnisi Filipp Kirkorov ömrünün sonu ilə bağlı arzularını paylaşıb. 

Bizim.Media xəbər verir ki, KP.RU saytına istinadən verilən məlumata görə, 59 yaşlı sənətçi bu dünyadan dəbdəbə və rahatlıq içində ayrılmaq istədiyini etiraf edib.

Şou-biznes nümayəndəsinin bu arzusunu 50 illik yubileyini qeyd edən Nikolay Baskov səhnədən açıqlayıb. Baskov Kreml sarayındakı söhbətlərini xatırladaraq bildirib:

"Filippdən ən böyük arzusunu soruşdum. O dedi ki, dərin qocalıq yaşında, bolluq və rifah içində vəfat etmək istəyir. Filipp mənim arzumu soruşanda isə dedim: “Bunu öz gözlərimlə görmək".

Kirkorov yubilyarın batil inanclarına hörmətlə yanaşaraq ona hədiyyə almaqdan imtina etdiyini bildirib.

O, zarafatla özünü "ən yaxşı hədiyyə" elan edərək, əsl hədiyyə seçimini Baskovun yeddiotaqlı bağ evinə köçəcəyi vaxta saxladığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO