İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Hazırda oxunan: İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

642955

İstanbulun Şişli rayonunda yerləşən İstanbul Konqres Mərkəzində təşkil olunan "Unreal x Jeton" elektronik musiqi konsertində halı pisləşən üç nəfərdən ikincisi də həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib. 

Bizim.Media xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Oktyabrın 18-nə keçən gecə saat 03:15 radələrində tədbir zamanı 29 yaşlı Furkan Aksu, 24 yaşlı Mahmud Sami Ramazanoğlu və 33 yaşlı T.M.-nin vəziyyəti qəfildən pisləşiblər.

 

Hadisə yerinə gələn təcili tibbi yardım tərəfindən Taksim Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan şəxslərdən Furkan Aksu və Mahmud Sami Ramazanoğlu həyatını itirib. T.M.-nin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.


Hüquq-mühafizə və səhiyyə orqanlarının ilkin rəyinə görə, həmin şəxslərin alkoqol və narkotik vasitələrin qəbulu nəticəsində zəhərləndikləri ehtimal olunur. Şəxslərin dəqiq ölüm səbəbi Məhkəmə Tibbi Ekspertizası tərəfindən aparılacaq yarılmadan sonra bəlli olacaq.

Saat 21:00-dan 04:00-dək davam edən və 5 000-ə yaxın izləyicinin qatıldığı konsertə yalnız 18 yaşdan yuxarı şəxslər buraxılıb. Təşkilatçıların bütün zəruri icazə sənədlərinə malik olduğu müəyyən edilib. Hadisədən sonra polis araşdırmalara başlayıb və konsert zalı boşaldılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO