Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

Hazırda oxunan: Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?

642980

2016-cı ildə yapon alimi Yoşinori Ohsumi maya hüceyrələri üzərində apardığı araşdırmalara görə Nobel Təbabət Mükafatına layiq görüldü. Onun kəşfi hüceyrələrin zədələnmiş hissələrini parçalayaraq yenidən istifadə etməsini təmin edən otofagiya (özünü təmizləmə) mexanizmini ortaya çıxardı.

Bizim.Media Milli.az-a istinadən xəbər verir ki, lakin internetdə iddia edildiyi kimi uzun müddət ac qalmağın qocalmanı geriyə qaytarması barədə bəzi yanlış təsəvvürlər var.

Otofagiya neçə saatlıq acılıqdan sonra başlayır?

İnternetdə otofagiyanın 12, 16 və ya 24 saatlıq acılıqdan sonra başladığı tez-tez iddia edilsə də, insanlarda bu prosesin dəqiq hansı saatda aktivləşdiyini göstərən heç bir qəti elmi hədd yoxdur.

Ac qalmaq otofagiyaya təsir etsə də, bu bütün orqanlar üçün eyni dərəcədə keçərli deyil. Qidalanmaqla yanaşı yuxu rejimi, bioloji saat və hüceyrənin enerji balansı da bu prosesdə mühüm rol oynayır.

Uzunmüddətli ac qalmağın riskləri

Otofagiyanı aktivləşdirmək üçün günlərlə ac qalmaq risklidir; bu, başağrısı, başgicəllənmə və elektrolit balansının pozulmasına gətirib çıxara bilər. Xüsusilə diabet xəstələri, xroniki xəstəliyi olanlar və mütəmadi dərman qəbul edənlər uzunmüddətli acılıq pəhrizlərindən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.

Otofagiya hüceyrə yenilənməsi üçün vacib mexanizm olsa da, insanlarda qocalmanı ləngitdiyi və ya ömrü uzatdığı hələ ki tam sübuta yetirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO