Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hazırda oxunan: Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

631360

Hörmüz boğazında neftlə çirklənmənin yaratdığı zərər ilkin qiymətləndirmələrə görə trilyonlarla dollar təşkil edir.

Bizim.Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
 

Onun sözlərinə görə, Keşm adası sahillərində qeydə alınan neft çirklənməsinə ilkin məlumatlara əsasən, xarici ölkəyə məxsus quru yük gəmisinin səbəb olduğu ehtimal edilir. Çirklənmə izləri sahilin üç hissəsində və dənizin səthində aşkarlanıb.


Bəqai hadisənin son onilliklər ərzində Fars körfəzi və Oman körfəzi sularına, eləcə də regionun dəniz ekosisteminə vurulan genişmiqyaslı çirklənmənin nümunələrindən biri olduğunu bildirib.

O, gələcəkdə Hörmüz boğazının idarə olunması zamanı ekoloji təhlükəsizliyin də nəzərə alınmasına çağırıb.

İran rəsmisi boğazdan keçən gəmiçilikdən faydalanan bütün dövlət və şirkətlərin Fars körfəzi və Oman dənizinə dəyən ekoloji zərərin aradan qaldırılmasında hüquqi və mənəvi məsuliyyət daşıdığını vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO