Sərxoş molla qəbiristanlıqdan QOVULDU? - VİDEO

Hazırda oxunan: Sərxoş molla qəbiristanlıqdan QOVULDU? - VİDEO

54630

Sosial şəbəkələrdə içki içib sərxoş vəziyyətdə qəbirstanlıqda yasin oxuyan mollanın videogörüntüləri yayılıb. Söhbət Qaraçuxur qəbirstanlığının mollası iddia edilən Qürbət adlı şəxsdən gedir. Görüntülərdə “Hacı” deyə müraciət edilən şəxsin əvvəlcə hansısa kafedə içki içdiyi, daha sonra isə qəbirstanlıqda göründüyü əks olunur. 

İctimaiyyətdə birmənalı qarşılanmayan bu mənzərə dini inancı olan insanları da hiddətləndirib.

Hətta sosial şəbəkələrdə molla statusu daşıyan Qürbət adlı şəxsin Qaraçuxur qəbirstanlığından qovulması kimi çağırışlar da edilib. 

Məsələ ilə bağlı Bizim.Media qəbirstanlığa cavabdeh qurum olan Qaraçuxur bələdiyyəsi ilə əlaqə yaradıb.

Bələdiyyə sədri İxtiyar Nəcəfov saytımıza açıqlamasında sözügedən şəxsin qəbirstanlığın mollası olmadığını deyib:

“O küçədə dayanır və rəhmətə gedənlər üçün yasin oxuyur. Həmin görüntüləri görməmişəm, amma belə bir videonun olduğunu eşitmişəm. O şəxsi qəbirstanlıqdan yalnız hüquq-mühafizə orqanları uzaqlaşdıra bilər. Bizə aidiyyəti yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə cavabında məsələnin həlli üçün bələdiyyə sədrinin quruma müraciət etməli olduğunu bildirib. 

Alçina Amilqızı, Bizim.Media

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO