Teatrın mətbəxi ilə tanış olmaq üçün ƏLA FÜRSƏT – Yalnız bir gün…

Teatrın mətbəxi ilə tanış olmaq üçün ƏLA FÜRSƏT – Yalnız bir gün…

Hazırda oxunan: Teatrın mətbəxi ilə tanış olmaq üçün ƏLA FÜRSƏT – Yalnız bir gün…
65281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Teatrda bir gün” layihəsi çərçivəsində tədbir təşkil edəcək.

Teatrdan Bizim Media-ya daxil olan xəbərə görə martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyinin “Teatrda bir gün“ layihəsi çərçivəsində tədbir keçiriləcək.

Həmin gün opera və balet sənəti həvəskarları Teatrın səhnə arxası fəaliyyəti ilə tanış ola biləcəklər.

Tədbir iştirakçıları solistlər, balet artistləri, xor və orkestrin məşq fəaliyyəti ilə yaxından tanış olacaq, həmçinin tamaşaların nümayişini təmin edən texniki heyətin fəaliyyətini müşahidə etmək imkanı əldə edəcəklər.

Teatra giriş martın 27-si, saat 12-i və 14-də baş tutacaq.  Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən 493-94-05; 050-607-48-03 nömrəli telefonla qeydiyyatdan keçə bilərlər.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO