Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

Hazırda oxunan: Tanınmış sənət adamları BİR ARADA – Cığatel İsaqızının yaradıcılıq gecəsi keçiriləcək – VİDEO

641146

Noyabrın 20-də Opera studiyasının şair Cığatel İsaqızının 60 illik yubileyinə həsr olunan “Hələ öz ömrümü yaşamamışam” adlı yaradıcılıq gecəsi keçiriləcək.

Bizim.Media xəbər verir ki, tədbirdə bir sıra sənət adamları, o cümlədən Xalq artistləri iştirak edəcək.

Yaradıcılıq gecəsinin aparıcısı Səyyarə Səyyaf olacaq.

Biletləri şəhərin kassalarından və “iticket.az” saytından əldə etmək mümkündür.

Qeyd edək ki, şair Cığatel İsaqızı 1965-ci ildə Ağstafa rayonunun Vurğun qəsəbəsində dünyaya gəlib. Şairin "Könüllərə yol gedək”, "Deyirlər bəxtimi görənlər olub”, "Yaxşı ki, xəyallar gözə görünmür”, "Sevmək beləmi olur”, "Seçilmişlər” adlı kitabları işıq üzü görüb.

Cığatel İsaqızı Azərbaycan Yazıçılar Birliyinin, o cümlədən bir çox ədəbi məclislərin üzvüdür. Onun bir sıra şeirlərinə bəstələnən mahnılar tanınmış müğənnilər tərəfindən ifa olunur. Cığatel İsaqızı bir çox media mükafatlarının, o cümlədən "Qızıl qələm” mükafatının laureatıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO