Nazirlikdə şöbə müdri vəzifəsinə təyinat

Nazirlikdə şöbə müdri vəzifəsinə təyinat

Hazırda oxunan: Nazirlikdə şöbə müdri vəzifəsinə təyinat
6214
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, vəzifəyə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Acalova Fərəh Fuad qızı gətirilib.

Qeyd edək ki, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb.

Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO