Samir Salamın oğlu televiziyanın qarşısında qocaldı... - VİDEO

Samir Salamın oğlu televiziyanın qarşısında qocaldı... - VİDEO

Hazırda oxunan: Samir Salamın oğlu televiziyanın qarşısında qocaldı... - VİDEO

46136
Azərbaycanlı müğənni Samir Salam sözləri özünə, musiqisi məşhur italyan müğənnisi Adriano Çelentanonun musiqisinə məxsus mahnısına çəkdirdiyi klipini təqdim edib. 

Moderator.az-ın məlumatına görə, ilahi musiqilər ifaçısı kimi tanıdığımız müğənni bu mahnısı üz tutub yalvararaq yazdığı mahnı insanlara bir çağırış missiyasını daşıyır. "Ya Rəbbi doğru yola sal bizi, bizə mərhəmət elə" deyə dua edərək oxuduğu mahnı və klip "Çağrı" adlanır. 

İnsanları mərhəmətli olmağa səsləyən klipin ssenarisi tanınmış rejissor Şahin Zəkizadəyə məxsusdur. Klipdə dünyada baş vermiş faciələrdən, döyüş ocaqlarından, o cümlədən Azərbaycanın qara günlərindən kadrlar yer alır. 
Şahin Zakizadənin rejissoru olduğu ekran işinin sujet xətti çox maraqlı və düşündürücüdür. İfaçının özünün rol aldığı klipdə o, oğlunu evdə televiziya qarşısında qoyub gedir. Evdə tək olan uşaq televiziyada dünyada baş verən faciələri izləyir və həmin kadrları izlədikcə ağlayır, həyəcan keçirir. Evə geri dönən Samir Salam və xanımı uşaqlarının yerində televiziya qarşısında qoca bir kişinin oturduğunu görürlər. Rejissor uşağın bir neçə saatda qocalmasını göstərməklə, insanların baş verən müsibətlər üzündən necə əzab çəkdiyini göstərmək istəyib.

Klipin təqdimatı Ramanada yerləşən Əlillərin Peşə və Reablitasiya Mərkəzində təşkil edilib. "Yeni Yurd" Təşkilatının yardımı ilə baş tutan tədbirdə tanınmış ilahiyyatçılar, müğənnilər, eləcə də klipin yaradıçı komandası iştirak edirdi. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO