Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

Hazırda oxunan: Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

641932

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.

AFFA-dan Bizim.Media-ya bildirilib ki, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) - “Real Madrid” (İspaniya) oyununu idarə edəcək.

Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Oktyabrın 14-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO