DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

Hazırda oxunan: DYP Salyandakı ağır qəzanın görüntülərini yaydı – VİDEO

641909

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən Bizim.Media-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir: 

 

MÖVZU İLƏ BAĞLI: 

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

 

"Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahədə sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir.

“Mercedes” markalı avtomobilin sürücüsünün dəmir yol xəttinin üzərində məcburi dayanması nəticəsində hərəkətdə olan qatarla toqquşub. Sürücü son anda avtomobili tərk etməyə müəssər olsa da, dəmir yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.

Aparılan təhlillər göstərir ki, oxşar qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olmaları, sonda qəzaları qaçılmaz edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO