Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

Hazırda oxunan: Polşada iki Türkiyə vətəndaşı saxlanıldı – VİDEO

641920

Polşanın Volya-Krohovska kəndində yerləşən "Starlink" peyk rabitəsinin yerüstü stansiyasını yandırmaqda şübhəli bilinən iki Türkiyə vətəndaşı saxlanılıb.

Bizim.Media xəbər verir ki, şübhəlilər Polşaya təhvil verildikdən sonra onlar xarici kəşfiyyatın maraqları naminə təxribatçılıq fəaliyyəti ittihamı ilə mühakimə olunacaqlar.
 

Polşanın Xüsusi Xidmət Organlarının Əlaqələndirici Naziri Tomaş Semonyak təxribatın arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını bəyan edib. O vurğulayıb ki, Kreml bu cür əməliyyatlar üçün kriminalla əlaqəsi olan şəxsləri daha tez-tez ələ almağa (verbovka etməyə) başlayıb.


Polşanın Baş naziri Donald Tusk isə baş verənləri Rusiyanın növbəti hibrid müharibə aktı kimi qiymətləndirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO