Lənkəranda kişi arvadını və 3 yaşlı oğlunu BIÇAQLADI - FOTO

Lənkəranda kişi arvadını və 3 yaşlı oğlunu BIÇAQLADI - FOTO

Hazırda oxunan: Lənkəranda kişi arvadını və 3 yaşlı oğlunu BIÇAQLADI - FOTO

641938

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində "Müəllimlər binası" kimi tanınan binada qeydə alınıb.

Xanbulan kənd sakini 34 yaşlı Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib.

Atanın anaya endirdiyi bıçaq zərbələrindən bir neçəsi ananın qucağında olan övladı 2023-cü il təvəllüdlü H.A.-ya da dəyib.

Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO