Bakının Sabunçu rayonunda, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Bizim.Media































































































