Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

Hazırda oxunan: Paytaxtda motosiklet və skuterlərin törətdiyi qəzalar – ANBAAN VİDEO

641914

İki təkərli nəqliyyat vasitələrini idarə etmək heç kimə qaydaları pozmaq, başqalarının həyatını təhlükəyə atmaq və məsuliyyətdən yayınmaq hüququ vermir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində qeyd olunub.

“Motosiklet və skuter idarə edən bəzi sürücülər elə düşünürlər ki, onlar qaydaları pozmaqla əməllərinə məsuliyyət daşımırlar. Ona görə də belə sürücülər svetoforun qırmızı işığında keçir və yollarda təhlükəli manevrlər edirlər.

Bu cür davranışa yol verən sürücülərə müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol-nəqliyyat hadisəsini diqqətlə izləməyi tövsiyə edirik. İki təkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri qeydə alınan qəzalardan nəticə çıxarmağa və yollarda qaydalara əməl etməyə çağırırıq”, - deyə müraciətdə bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO