Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

Hazırda oxunan: Çin avtomobilləri kəskin BAHALAŞACAQ – Tarix AÇIQLANDI

641808

Çin hökuməti 2027-ci il yanvarın 1-dən avtomobil ixracına dair tələbləri sərtləşdirəcək. “Autonews”un məlumatına görə, yeni qaydalar xarici bazarlarda avtomobillərə texniki xidmət və təmir imkanlarının, eləcə də ehtiyat hissələri və sərfiyyat materiallarının fasiləsiz tədarükünün təmin olunmasını tələb edir.

Bundan başqa, servisin fəaliyyət göstərdiyi ölkədə təmir işləri aparmaq hüququnu təsdiqləyən sənədlər, xidmət mərkəzinin imkanları barədə məlumat, ərazinin fotoları, avadanlıq və əməkdaşların ixtisası, həmçinin ehtiyat hissələrinin mövcudluğunu təsdiqləyən sənədlər tələb olunacaq.

Bununla yanaşı, artıq 2026-cı ildən avtomobil istehsalçısının icazəsi olmadan Çindən yalnız ölkədə 180 gündən artıq qeydiyyatda olan nəqliyyat vasitələrinin ixracına icazə verilir.

Yeni tələblər Çin avtomobillərinin bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, hələlik Çin hökumətinin tələblərinin konkret olaraq nədən ibarət olacağını bilmirik:
 

“Bu tələblər açıqlanandan sonra daha ətraflı danışmaq olar. Hələ ki, Çin avtomobilləri bazarda ən ucuz avtomobillər olaraq qalır. Təbii ki, Çin hökumətinin yeni şərtləri bu ölkədən ixrac edilən avtomobillərin qiymətinə təsir edəcək.


Digər tərəfdən daşımaların qiymətinin artması və inflyasiya da bu ölkədən gətirilən avtomobillərin qiymətini artıracaq. Bu mənada Çindən gələn avtomobillərin qiymətinin nə qədər artacağını zamanla öyrənəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO