Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

Hazırda oxunan: Xarkov şəhərinə zərbə endirildi: Ölənlər və xəsarət alanlar var – FOTO/VİDEO

641908

Rusiya ordusu oktyabrın 12-i axşam saatlarından başlayaraq Ukraynanın Xarkov şəhərinə intensiv hava zərbələri endirib, nəticədə azı 3 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə “Teleqram” səhifəsində bildirib ki, Rusiya ordusu 10 “Banderol” tipli raket ilə Xarkov şəhərinin iki rayonuna hava zərbələri endirib. Şəhərin mülki infrastrukturları, həmçinin yaşayış binaları dağılıb.

Dördmərtəbəli binaya endirilən zərbə nəticəsində binanın bir hissəsi tamamilə çöküb.

Bundan başqa, beşmərtəbəli binaya endirilən hava zərbəsi nəticəsində dağıntılar qeydə alınıb, 6 avtomobil yanıb.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO