65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

Hazırda oxunan: 65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı

641895

Mətbəxdə ən yüksək gücə malik cihazların başında elektrikli sobalar gəlir. Gücü 2500 Vatt və daha yuxarı olan bu sobalar anlıq güc istifadəsi baxımından təxminən 40 Vatt işlədən modern bir soyuducu kompressoru ilə müqayisədə 60-65 dəfə çox elektrik çəkir. Sobada yarım saatlıq bişirmə prosesi orta hesabla 1,25 kilovat-saat (kWh) enerji sərf edir.

Bizim.Media digər cihazların sərfiyyatını təqdim edir:

İnduksiyalı plitə (ocaq): Ortalama 1200 Vatt güclə işlədildikdə saatda 1,2 kWh elektrik işlədir.

Paltaryuyan maşın: Bir yuuma dövrəsi suyun dərəcəsindən və proqramdan asılı olaraq 0,6 - 1 kWh arasında enerji xərcləyir.

Qənaət üçün mütəxəssis məsləhətləri:

Soba: Bişirmə zamanı sobanın qapağını tez-tez açmayın; itirilən istilik sobaya əlavə enerji xərclədir.

Plitə: Qazanın ölçüsünü ocaq gözünə uyğun seçin və qapağı bağlı saxlayın.

Çaydan (Kettle): Yalnız ehtiyacınız olan miqdarda su qaynadın.

Soyuducu: Ətrafında havalandırma boşluğu saxlayın və içine isti yemək qoymayın.

Paltaryuyan: Mümkün qədər aşağı temperaturlarda yuumağa üstünlük verin. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO