“Qarabağ Zəfəri” rəsm müsabiqəsinin qalibləri Ərdoğanla görüşdü

“Qarabağ Zəfəri” rəsm müsabiqəsinin qalibləri Ərdoğanla görüşdü

Hazırda oxunan: “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin qalibləri Ərdoğanla görüşdü

25346

Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə səfərə yollanıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Gənclər Fondundan bildirilib.

Həmçinin, bu həftə müsabiqənin qalibi seçilmiş türkiyəli gənclər Azərbaycana səfərə gəliblər. Onların Bakıda Şəhidlər və Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarətləri təşkil olunub. Növbəti gün Gəncə şəhərinə yola düşən qonaqlar Nizami Gəncəvi məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İmamzadə dini kompleksinə ziyarət ediblər.

“Qarabağ Zəfəri” müsabiqəsinin qalib türkiyəli və azərbaycanlı gənclər eyni zamanda ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər.
 

Qeyd edək ki, elan olunmuş rəsm müsabiqəsi şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərə həsr olunub, əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə təcəssüm etmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək idi.


Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TÜGVA) bu il də hər iki ölkənin gəncləri üçün ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO