Prezident mükafatına layiq görülən AKTRİSALAR: “Sevincimizin həddi-hüdudu yoxdur” – ÖZƏL 

Prezident mükafatına layiq görülən AKTRİSALAR: “Sevincimizin həddi-hüdudu yoxdur” – ÖZƏL 

Hazırda oxunan: Prezident mükafatına layiq görülən AKTRİSALAR: “Sevincimizin həddi-hüdudu yoxdur” – ÖZƏL 

191216

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. 

Bizim.Media-nın əməkdaşı mükafat alınananlar siyahısında yer alan Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb. 

N.Allahverdiyeva mükafata layiq görüldüyünə görə dövlət başçısına təşəkkürünü bildirib: 

“Bu xəbəri ilk siz mənə çatdırdınız. Çox sevindim. Cənab Prezident hər zaman təkcə incəsənət nümayəndələrinə deyil, eyni zamanda zəhmətkeş insanlara diqqətini və qayğısını əsirgəmir. Dövlət başçımız bizim 30 illik Qarabağ yaramızı sağaltdı. O Qarabağımızı bizə qaytardı. Əsas da budur! Allah Cənab Prezidentə uzun ömür versin, onu başımızın üstündən əksik etməsin”. 

Mükafat alan digər sənətçi Mehriban Xanlarova isə sevinc göz yaşlarını saxlaya bilməyib: 

“Cənab Prezident tərəfindən mükafata layiq görülmək fəxarətlidir. Sevincimin həddi-hüdudu yoxdur. Əminəm ki, mənim kimi mükafata layiq görülən digər həmkarlarım da sevincəklər. Bizi layiqincə qiymətləndirdiyinə görə dövlət başçımıza təşəkkürümü bildirirəm. Bu mükafata çox ehtiyacım var idi. İnanın ki, ağlamaq tutur məni... (ağlayır) Yəqin ki, bilirsiniz mənim vəziyyətimi... Ürəyim əsir. Şükür bu günümüzə. Yenə də mən dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm”. 

Qeyd edək ki, sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO