Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhvə görə üzr istənilib - FOTO

Hazırda oxunan: Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhvə görə üzr istənilib - FOTO

138982

Türkiyə serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb, üzr istənilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb. 

Bildirilib ki, mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib. 
Ekran əsərinin Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri texniki səhv olduğunu bildirərək yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib.

Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib. 

Mayın 27-də ATV telekanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO